Türkiyənin SOM-J qanadlı raketi suüstü hədəfi dəqiqliklə vurub – VİDEO

Türkiyənin SOM-J qanadlı raketi suüstü hədəfi dəqiqliklə vurub – VİDEO

Türkiyənin “Roketsan” şirkəti və TÜBİTAK SAGE mərkəzi tərəfindən inkişaf etdirilən SOM-J qanadlı raketinin atış sınağı keçirilib.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, sınaq zamanı F-16 qırıcısından atılan SOM-J raketi suüstü hədəfi dəqiqliklə vurub.

Qeyd edilib ki, SOM-J, Türkiyə Silahlı Qüvvələrinə müasir döyüş şəraitində uzaq məsafədən yüksək dəyərli hədəfləri zərərsizləşdirməyə imkan verəcək.

SOM-J, döyüş təyyarələri üçün nəzərdə tutulan “hava-səth” tipli qanadlı raketidir. Xüsusilə, o, F-35 “Lightning II” və digər daxili silah bölməsinə (internal bay) malik olan döyüş təyyarələri üçün optimallaşdırlıb. SOM (Stand-Off Mühimmat) raket ailəsinin üzvü olan SOM-J daha yüngül və kiçik ölçülərdə dizayn edilib ki, bu da onu geniş platforma inteqrasiyasına imkan verən çevik bir silah sisteminə çevirir.

Quru və suüstü hədəflərə qarşı effektiv istifadə bacarığı təqdim edən bu qanadlı raket məlumat bağlantısı ilə atış sonrası nəzarət (yenidən hədəfləmə, hədəf yeniləmə, tapşırığın ləğvi) imkanına malikdir. KAAN və KIZILELMA kimi Türkiyənin milli aviasiya vasitələrinə tam uyğunluq göstərən SOM-J infraqırmızı arayıcı başlıq və suüstü hədəflərə qarşı optimallaşdırılmış döyüş başlığı ilə təchiz edilib. Eyni zamanda, sahob olduğu aşağı radar görünürlüyü sayəsində onun aşkarlanması çətinləşdirilib.

CATEGORIES
TAGS