Türkiyənin “Ulaq” insansız silahlı kateri xidmətə hazırdır

Türkiyənin “Ulaq” insansız silahlı kateri xidmətə hazırdır

Türkiyənin “ARES Tərsanəsi” və “Meteksan Savunma” şirkətlərinin birgə hazırladığı “Ulaq” insansız katerinin inteqrasiya edilmiş 12,7 mm-lik uzaqdan idarə olunan silah sistemi ilə atış sınaqları da daxil olmaqla bütün sınaqları tamamlanıb.

“Poliqon” xəbər verir ki, bununla bağlı “ARES Tərsanəsi” və “Meteksan Savunma” şirkətlərinin baş direktorlarının birgə keçirdiyi mətbuat konfransında məlumat verilib. Bildirilib ki, “Ulaq” silahlı insansız kateri bütün sınaqları uğurla tamamlayıb və xidmətə hazırdır.

Türkiyənin ilk insansız dəniz vasitəsinin (kater) dizayn işləri 2020-ci ilin avqust ayında başa çatdırılıb və həmin ilin oktyabrında təqdimatı keçirilib. Bir neçə ildir davam edən elmi-tədqiqat işləri nəticəsində yaradılmış “Ulaq” insansız silahlı katerin ilk prototipinin istehsalı 2021-ci ilin əvvəlində tamamlanıb və sınaqları başlayıb.

400 km hərəkət radiusuna, 65 km/saat sürətə, gündüz və gecə görmə qabiliyyətinə, milli şifrələnmiş rabitə sisteminə sahib insansız silahlı katerin (Silahlı İnsansız Deniz Aracı -SİDA) korpusu tamamilə müasir kompozit materiallardan inşa edilib. SİDA kəşfiyyat, nəzarət, müşahidə, su üstü müharibə, asimmetrik müharibə, silahlı patrul və qüvvələrin qorunması, strateji obyektlərin mühafizəsi kimi müxtəlif tapşırıqların icrası üçün qurudan nəqliyyat vasitələri üzərində yaradılan mobil, yaxud komanda-qərargah mərkəzindən, habelə dənizdə təyyarədaşıyanlardan, freqatlardan və digər platformalardan idarə oluna biləcək.

İlk SİDA ROKETSAN şirkətinin istehsalı olan 4 ədəd “Cirit” və 2 ədəd L-UMTAS raketi ilə silahlandırılıb. SİDA müxtəlif əməliyatlara uyğunlaşdırıla biləcək şəkildə raketlərlə yanaşı radioelektron mübarizə, jamminq (qarışdırma) kimi müxtəlif faydalı yüklər, fərqli rabitə və kəşfiyyat sistemləri ilə təchiz oluna biləcək. Bununla yanaşı, özü ilə bənzər və fərqli arxitekturaya malik digər SİDA-larla əməliyyatlar həyata keçirmə, pilotsuz uçuş aparatları, silahlı pilotsuz uçuş aparatları və insanlı aviasiya vasitələri ilə müştərək fəaliyyət göstərə biləcəkdir.

Digər tərəfdən, SİDA sadəcə uzaqdan idarə edilən bir insansız dəniz vasitəsi olmayacaq, süni intellekt və avtonom davranış xüsusiyyətləri ilə üstün və müasir qabiliyyətlərə sahib olacaq. 2021-ci ildə istehsalı tamamlanan prototipindən fərqli olaraq, “Ulaq” yeni versiyasına inteqrasiya edilmiş 12,7 mm-lik uzaqdan idarə olunan silah sistemi sayəsində kritik baza/obyekt və liman mühafiəsi kimi vəzifələri də icra edəcək.

İnsansız dəniz vasitələri sahəsində “ARES Tərsanəsi” və “Meteksan Savunma” tərəfindən başladılan layihənin ilk mərhələsi olan və istehsal xəttindəki prototip SİDA-nın ardınca kəşfiyyat, minatəmizləmə, sualtı döyüş, yanğınsöndürmə və təxliyyə məqsədli insansız dəniz vasitələrinin də istehsala hazır olacağı bildirilir.

Mətbuat açıqlamasında “ARES Tərsanəsi”nin Baş direktoru Utku Alanç bildirib ki, bu, Türkiyənin ilk insansız milli hərbi dəniz vasitəsi olan “Ulaq” qədim Türk kültüründə Orta Asiyadan etibarən dövləti hər sahədə təmsil edən və sahib olduğu xüsusiyyətlərlə özlərinə heyran qoyan dövlət elçilərinə verilən addır. “Ulaq”lar zəka və təcrübələri ilə yanaşı döyüşkənlikləri ilə də ön plana çıxıblar”.

“Meteksan Savunma” şirkətinin Baş direktoru Selçuk Alparslan isə bildirib ki, təmsil etdiyi şirkət uzun illərdir rabitə və sensor sistemləri sahəsində qazandığı texnoloji bilikləri və təcrübəni insansız dəniz vasitələri üçün tətbiq edir: “Bu təcrübəni “ARES Tərsanəsi” ilə birlikdə Türkiyənin ilk hərbi insansız dəniz vasitəsi şəklində təqdim etməkdən böyük qürur hissi keçiririk. Bu platformanın üzərində yer alacaq mühüm elektronik sistemləri yaradarkən maksimum yerlilik səviyyəsini təmin etdiyimizi, Türkiyə Silahlı Qüvvələrinin əməliyyat ehtiyaclarını tam şəkildə diqqətə aldığımızı bildirmək istərdim”.

3 16 4 11 ULAQ 1 ULAQ 2

Poliqon.az

CATEGORIES
TAGS