Türkiyənin yeni silahlarının Azərbaycan Ordusunun arsenalına daxil edilməsi müzakirə edilib

Türkiyənin yeni silahlarının Azərbaycan Ordusunun arsenalına daxil edilməsi müzakirə edilib

Sentyabrın 27-də Azərbaycan Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşdə hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Tərəflər maddi-texniki təminatın yaxşılaşdırılması istiqamətində birgə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb və bu istiqamətdə görüləcək işləri ətraflı müzakirə ediblər.

Görüşdə Türkiyənin müdafiə sənayesinin müasir texnologiyalar əsasında istehsal etdiyi ən yeni silahları və digər hərbi vasitələrin Azərbaycan Ordusunun silahlanmasına daxil edilməsi perspektivləri müzakirə edilib.

Poliqon.az

CATEGORIES
TAGS