Türkiyəyə S-400 ZRK-lərin çatdırılması tezləşdirildi

Türkiyə Silahlı Qüvvələri Rusiyanın S-400 “Triumf” zenit-raket komplekslərini (ZRK) 2019-cu ilin iyul ayında alacaq.

“AzeriDefence” xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi (SSM) katibi İsmail Dəmir öz “Twitter” səhifəsində bildirib.

“Biz S-400 sistemlərinin müqavilədəki təhvil tarixini 2019-cu ilin iyul ayına dəyişdirdik”, – deyə İsmail Dəmir bəyan edib.

Qeyd edək ki, bundan əvvəl S-400 ZRK-lərin ilk partiyasının 2020-ci ilin martında Türkiyəyə çatdırılması planlaşdırılırdı.

Xarırladaq ki, Türkiyə və Rusiya arasında S-400 zenit-raket kompleksinin alğı-satqısına dair müqavilə 2017-ci ilin sentyabrında imzalanıb. Müqaviləyə əsasən Türkiyə 2,5 milyard dollar dəyərində 4 divizion S-400 kompleksi alacaq. Bununla Türkiyə Rusiyadan S-400 hava hücumuna qarşı müdafiə sistemini əldə edən birinci NATO ölkəsidir.

S-400 kompleksi 400 km uzaqlıqda 30 km hündürlükdə hədəfi məhv edə bilir.

CATEGORIES