Türkiyənin mina təmizləmə tenderində 50 şirkət 19 konsorsiumda mübarizə aparacaq

Türkiyə-Suriya sərhədinin minalardan təmizlənməsi üçün açılmış tenderdə iştirak edəcək konsorsiumlarda təmsil olunan firmaların adları bəlli olub.“AzeriDefence”nin əldə etdiyi son məlumata görə, tenderdə 28 yerli və 22 xarici şirkətin iştirakı ilə yaradılmış 19 konsorsium iştirak edəcək. Tenderdə Azərbaycanın ANAMA təşkilatı və Azairtecservice şirkətləri Türkiyənin Koçoğlu və Özdoğanlar şirkətləri ilə birgə yaradılmış konsorsium formasında qatılır.

Sidar Global adlı araşdırmalar mərkəzi tenderə sənədlərini təqdim edəcək şirkətləri aşağıdakı ardıcıllıqla sıralayıb:

Olive Group – Ek Çelik Construction
Armtech – Dovsan, Hazar, YDA, Holiday
Minetech –AS Construction
MKA Demining – İBA Construction
CROMAC – Türkiyə Polis Fondu
Dok-İng – Tepe, Nurol Construction
UXB – Öztaş, Onca
ANAMA – Koçoğlu, Özdoğanlar
Tornado – ACG Construction, Elsin
Aardvak, Mechem, Dyncorp – Altay Group
SP Uni Explorer – Cengiz Construction
Horizon Assignements – İntel, Duygu Defence
UNİTA OOS – Türkerler
KMAG – Gate Electronics
FSD – Kolin Construction
Wcopex – Güneş Construction
Countermine – Strateji Defence and Celtikcioğlu Construction
Scanjack – HEMA holding
Ronco – G4S Turkey

Qeyd edək ki, Azərbaycanın Azairtecservice şirkətinin ANAMA ilə birgə tenderə qatılacağı ötən gün məlum olub.

KATEQORIYA: