Türkiyənin minatəmizləmə tenderinə buraxdığı bəzi firmalar bəlli olub

Türkiyə-Suriya sərhədindəki minalı ərazilərin təmizlənməsi üçün açılmış tenderə buraxılan bəzi şirkətlər bəlli olub. “AzeriDefence”nin əldə etdiyi ilkin məlumata görə, onların arasında peşəkar minatəmizləmə ilə məşğul olan təşkilatlarla yanaşı, mexaniki minatəmizləmə maşınlarının istehsalçıları, həmçinin minadan zərərçəkənlərə yardımlar göstərilməsi ilə məşğul olan təşkilatlar var.

Tenderdə iştiraka buraxılmış firmalar arasında Armor Group, Ronco Consulting, ANAMA, Halo Trust kimi peşəkar minatəmizləmə fəaliyyəti ilə məşğul olan təşkilatlarla yanaşı, bəzi layihələrə donor dəstəyi göstərən İTF, mexaniki minatəmizləmə maşınlarının istehsalçısı olan Dok-İng, Way Industry və s. kimi firmalar yer alıb.

Tenderə buraxılmış firmaların nümayəndələrinin iştirakı ilə may ayının 8-dən 18-dək minalı ərazilərin kəşfiyyatı həyatat keçiriləcək. İlin ortalarında isə tenderin qalibləri açıqlanacaq.

Fevralın 23-də Türkiyə Milli Müdafiə Nazirliyində tenderdə iştiraka buraxılmış firmaların nümayəndələri ilə görüş keçirilib.

KATEQORIYA: