TUSAŞ aviasiya vasitələrini Qətərdə nümayiş etdirəcək
Türkiyənin TUSAŞ şirkəti 21-23 mart tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək DIMDEX-2022 sərgisində özünün aviasiya vasitələrini nümayiş etdirəcək.
Bu barədə “Poliqon”a TUSAŞ şirkətindən məlumat verilib.
Sərgidə TUSAŞ-ın T625 “Gökbey” yüngül çoxməqsədli helikopteri, “Hürkuş” təlim təyyarəsi, o cümlədən “Göktürk-2” kəşfiyyat peyki və digər platformalarının maketləri nümayiş etdiriləcək.
TUSAŞ sərgi çərçivəsində Qətər Universiteti ilə beynəlxalq təcrübə proqramı və universitet-sənaye işbirliklərini əhatə edən protokol imzalayacaq.
Bildirilib ki, yeni əməkdaşlıqlar və yeni nəsil iş modelləri üçün müxtəlif ölkələrin nümayəndə heyətləri ilə də bir sıra görüşlər keçiriləcək.
CATEGORIES Xəbərlər