TUSAŞ bu il Filippinə ATAK-ların ikinci partiyasını təhvil verəcək

TUSAŞ bu il Filippinə ATAK-ların ikinci partiyasını təhvil verəcək

Türkiyənin TUSAŞ şirkəti T129 ATAK hücum və taktiki kəşfiyyat helikopterlərinin ikinci partiyasını 2022-ci ildə Filippin Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verməyi planlaşdırıb.

TUSAŞ şirkətindən “Poliqon”a verilən məlumata görə, müqaviləyə əsasən Filippinə ATAK-ların ikinci partiyanın çatdırılması 2023-cü ildə baş tutmalı idi, lakin işlərin sürətlə getməsi çatdırılma tarixinin də tezləşməsinə səbəb olacaq.

Çatdırılma paketinə helikopterin ehtiyat hissələri, yerüstü dəstək cihazları, texniki xidmət işçilərinin və sahədə texniki dəstək göstərəcək personalın təlimi də daxildir.

Qeyd edək ki, bu günə qədər təlim çərçivəsində 4 nəfər pilot və 19 nəfər texniki işçinin hazırlığı başa çatıb. Ümumilikdə isə 13 nəfər pilotun təlim keçməsi nəzərdə tutulub.

Xatırladaq ki, Türkiyənin Müdafiə Sənayesi Başqanlığı ilə Filippin Müdafiə Nazirliyi arasında imzalanan Dövlətdən Dövlətə (G2G) beynəlxalq müqavilə çərçivəsində ixrac ediləcək 6 ədəd ATAK helikopterindən ilk 2-si ötən günlərdə Filippin Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS