TUSAŞ daha bir ölkəyə “Anka” PUA ixrac edib

TUSAŞ daha bir ölkəyə “Anka” PUA ixrac edib

Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən “Anka” pilotsuz uçuş aparatı (PUA) daha bir ölkəyə ixrac edilib.

“Poliqon” xəbər verir ki, “Anka” PUA-nın ixrac olunduğu ölkənin adı açıqlanmayıb. “Anka” PUA-nın hansı konfiqurasiyasının çatdırılması barədə də məlumat verilməyib.

İxrac edilən “Anka” PUA-nın “Blok B” (“Anka-B”) konfiqurasiyası olması güman edilir. Bununla “Anka” PUA-nın ixrac olunduğu ölkənin sayı ikiyə çatıb.

Xatırladaq ki, TUSAŞ şirkəti tərəfindən indiyədək 50-dən çox “Anka” PUA istehsal edilib və Türkiyə Ordusunun silahlanmasına verilib. Bu PUA-ların ilk xarici müştərisi olan Tunisə 80 milyon ABŞ dolları dəyərində olan müqavilə çərçivəsində ilk partiyada 3 ədəd “Anka-S” PUA tədarük edilib. “Anka-S”lərin qalan hissəsinin 2022-ci ildə Tunis Silahlı Qüvvələrinə çatdırılması planlaşdırılıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş