TUSAŞ ilk ATAK II helikopterlərini sifarişçiyə 2025-ci ildə təhvil verəcək
TUSAŞ şirkəti 2025-ci ildə Türkiyə Quru Qoşunlarına 3 ədəd ATAK II (T-929 ATAK) ağır döyüş helikopteri təhvil verəcək.
“Poliqon” xəbər verir ki, bunu “HaberTürk” kanalına müsahibəsində TUSAŞ şirkətinin baş direktoru Temel Kotil söyləyib.
O bildirib ki, qarşıdakı günlərdə ATAK II-nin mühərriki işə salınacaq və bu ay ərzində ilk uçuşu yerinə yetiriləcək.
ATAK-nin öz seqmentində ən yaxşı helikopter olacağını diqqətə çatdıran Temel Kotil TUSAŞ-ın bir ayda 2 ədəd, il ərzində isə minimum 24 ədəd T-929 ATAK istehsal edəcəyini açıqlayıb.
Qeyd edək ki, hazırda qlobal ağır döyüş helikopterləri bazarında ATAK II-nin ən böyük rəqibi ABŞ-ın “Boeing” şirkəti tərəfindən istehsal olunan AH-64 “Apache” helikopteridir.
CATEGORIES Hava