TUSAŞ istehsalı PUA-lar MİLSAR radarı ilə uçacaq

TUSAŞ istehsalı PUA-lar MİLSAR radarı ilə uçacaq

Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal olunan pilotsuz uçuş aparatları (PUA) hədəfləri MİLSAR radarı ilə aşkarlayacaq.

“Poliqon” xəbər verir ki, bunun üçün IDEF-2023 sərgisi çərçivəsində TUSAŞ ilə istehsalçı “Meteksan Savunma” arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, “Meteksan Savunma” TUSAŞ istehsalı PUA-ları həm MİLSAR SAR/MTI radar sistemi, həm də Avtomatik Qalxış/Eniş sistemi ilə təmin edəcək.

Poliqon.az

CATEGORIES
TAGS