TUSAŞ növbəti “Aksungur” PUA-nı sifarişçiyə təhvil verib

TUSAŞ növbəti “Aksungur” PUA-nı sifarişçiyə təhvil verib

TUSAŞ şirkəti tərəfindən istehsal edilən növbəti bir ədəd “Aksungur” pilotsuz uçuş aparatı (PUA) Türkiyənin Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında bildirib.

Qeyd edək ki, ötən ilin oktyabrında silahlanmaya qəbul edilən “Aksungur” PUA 750 kq faydalı yük daşıya və 50 saatdan çox havada qala bilir. PUA fasiləsiz kəşfiyyat, müşahidə, nəzarət və hücum tapşırıqlarını yerinə yetirmə qabiliyyətlərinə malikdir.

Poliqon.az

CATEGORIES
TAGS