TUSAŞ şirkəti Pakistanla ikili əməkdaşlıqlarını gücləndirməyi hədəfləyir

TUSAŞ şirkəti Pakistanla ikili əməkdaşlıqlarını gücləndirməyi hədəfləyir

2022-ci ilin 15-18 noyabr tarixləri arasında Pakistanın Karaçi şəhərində keçiriləcək IDEAS müdafiə sərgisinə Türkiyənin qabaqcıl aviasiya və kosmik şirkəti olan TUSAŞ-da qatılacaq.

TUSAŞ-dan “Poliqon”a verilən məlumata görə, sərgi zamanı şirkətin stendini ziyarət edəcək nümayəndə heyətləri ilə bir sıra görüşlərin keçirilməsi hədəflənib.

Bildirilib ki, IDEAS-2022-də şirkət T129 ATAK, GÖKBEY helikopterləri, ANKA, AKSUNGUR pilotsuz uçuş aparatları (PUA), GÖKTÜRK-Y peyk sistemi başda olmaqla özünün müasir aviasiya və kosmik vasitələrini sərgiləyəcək.

TUSAŞ şirkətinin baş direktoru Temel Kotil IDEAS-2022 ilə bağlı düşüncələrini bölüşərək vurğulayıb ki, sərgi çərçivəsində Pakistan və bölgədəki ölkələr ilə həm akademik, həm də digər sahələrdə ikili əməkdaşlıqlarını gücləndirməyi planlaşdırırlar: “Pakistan bizim üçün qardaş ölkədir. Pakistanla inkişaf fəaliyyətlərindən əlavə gələcəyin hava vasitələrini istiqamətləndirəcək yüksək texnologiyalar üzərində də birgə əməkdaşlığımızı artırmağı hədəfləyirik”.

Qeyd edək ki, 2009-cu ildə 42 ədəd F-16 döyüş təyyarəsinin modernizasiya layihəsi həyata keçirməklə iki ölkə arasındakı əməkdaşlığı gücləndirən TUSAŞ, ötən illərdə Pakistan Silahlı Qüvvələri ilə helikopter ixracatına dair müqavilə imzalayıb.

Poliqon.az

CATEGORIES
TAGS