TUSAŞ Türkiyə Ordusuna “Gökbey” helikopterləri tədarük edəcək

TUSAŞ Türkiyə Ordusuna “Gökbey” helikopterləri tədarük edəcək

Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan T625 “Gökbey” helikopteri sınaq və sertifikatlaşdırma proseslərindən sonra Türkiyə Hərbi Hava Qüvvələrində (HHQ) xidmətə başlayacaq.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə həyata keçirilən TUSAŞ-ın kritik obyektlərinin açılışında bildirilib.

Prezident Rəcəb Tayyib Ərdoğana Türkiyənin TUSAŞ şirkəti tərəfindən Türkiyə HHQ üçün istehsal edilən T625 “Gökbey” helikopterinin xaki rəng variantı ilk dəfə nümayiş etdirilib.

Bildirilib ki, “Gökbey” Türkiyə Silahlı Qüvvələrinin inventarında olan UH-1, AB-205 tipli helikopterlərini əvəzləyəcək.

Türkiyə HHQ-nin tələblərinə uyğun olaraq hazırlanan “Gökbey” üzərinə inteqrasiya edilən kran avadanlığı da yeni variant üzərində ilk dəfə nümayiş etdirilib.

Türkiyə HHQ-yə və Jandarma Baş Komandanlığına çatdırılacaq helikopterlərin sayı məlum olmasa da, TUSAŞ şirkəti ilk mərhələdə 20 ədəd “Gökbey” tədarük edəcək. Türkiyə HHQ-yə ilk tədarüklərin cari ildə başlaması planlaşdırılıb.

Qeyd edilib ki, TUSAŞ şirkəti “Milli Texnologiyalar və Yeni İnvestisiyalar Proqramı” çərçibəsində hər il 24 ədəd “Gökbey” helikopteri istehsal ediləcək.

Rizvan Fikrətoğlu

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş