TÜYAP sədri: Azərbaycan-Türkiyə münasibətlərinin müdafiə sənayesində də inkişaf etdirilməsi çox önəmlidir
Türkiyənin TÜYAP şirkətinin İdarə Heyətinin sədri Bülent Ünal Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə təbrik mesajı ünvanlayıb.
“Poliqon” jurnalına ünvanlanan təbrik məktubunda Bülent Ünal bildirib ki, ortaq tarixi olan iki qardaş ölkə Türkiyə və Azərbaycan arasındakı münasibətlər hər zaman “bir millət iki dövlət” şüarı ilə davam etmişdir.
“İki ölkə bir çox sahələrdə uğurlu əməkdaşlığın nümunəsi olmuşdur. Bu sahələrin ən önəmlilərindən biri də, heç şübhəsiz ki, müdafiə sənayesidir. İki ölkə arasında yaxın münasibətlərin müdafiə sənayesində də inkişaf etdirilməsi bölgədə sabitlik və sülhün təsis edilməsi və qorunması baxımından son dərəcə vacibdir.
TÜYAP ailəsi olaraq Azərbaycan Silahlı Qüvvələri Gününü ürəkdən təbrik edirəm”, – deyə TÜYAP İdarə Heyətinin sədri Bülent Ünal bildirib.