Ukrayna 2S22 “Boqdana” ÖAQ-ın istehsalını artırır

Ukrayna 2S22 “Boqdana” ÖAQ-ın istehsalını artırır

Ukrayna 2S22 “Boqdana” özüyeriyən artilleriya qurğusunun (ÖAQ) istehsalını artırır.

“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, davam edən münaqişə şəraitində müdafiə qabiliyyətini artırmaq üçün Ukrayna beynəlxalq tərəfdaşların köməyi ilə 155 mm-lik ÖAQ olan 2S22 “Boqdana” 2.0-ın istehsalını sürətləndirib.

Bildirilib ki, bu, xarici hərbi təchizatdan asılılığın azaldılması üçün Ukraynanın yerli müdafiə istehsalı sektorunda, xüsusən də artilleriya sistemləri və sursatlar sahəsində irəliyə doğru atdığı strateji addımları əks etdrir.

2S22 “Boqdana” ÖAQ-ın 155 mm çaplı haubitsası NATO standartına malikdir. Proqressiv yivli 155 mm-lik haubitsanın lüləsi “Kramatorsk Ağır Dəzgahlar Zavodu”nda istehsal edilib. Avtomatik doldurucudan istifadə edərkən, haubitsa dəqiqədə altı mərmi sürəti ilə atəş apara bilir. Bu zaman bütün idarəetmə xüsusi rəqəmsal atəşi idarəetmə sistemi vasitəsilə həyata keçirilir.

“Boqdana” ÖAQ 6×6 təkər formullu KrAZ-63221 yüksək keçidlik qabiliyyətinə malik yolsuzluq avtomobili bazasında qurulmuşdur. Yük maşını sürücü və artilleriya heyətini yerləşdirən qoşalaşdırılmış zirehli kabina ilə təchiz olunub. Eyni zamanda, şassinin növbəti dəyişdirilməsi mümkündür.

Qeyd edək ki, 155 mm çaplı 2S22 “Boqdana” ÖAQ Ukrayna Müdafiə Nazirliyi və “Kramatorsk Ağır Dəzgahlar Zavodu”nun birgə qərarı əsasında 2016-cı ilin fevral ayından etibarən “Dövlət müdafiə sifarişi”nin sınaq-konstruktor işləri çərçivəsində hazırlanır.

CATEGORIES
TAGS