
Ukrayna Müdafiə Nazirliyi uzaqmənzilli artilleriya sursatlarının tədarükü üçün Almaniyanın “Rheinmetall” şirkətinə sifariş verib.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, sifarişə 155 mm-lik artilleriya mərmiləri və barıt yükləri daxildir.
Sifariş üzrə istehsala artıq başlanılıb və müqavilənin 2027-ci ilin birinci rübündə tamamlanması nəzərdə tutulur. Sursatlar İspaniyada yerləşən “Rheinmetall Expal Munitions” müəssisəsində istehsal olunur.
ER02A1 B/B mərmiləri və M203 barıt yükləri artıq NATO-nun müxtəlif ölkələri tərəfindən istifadə edilir. Bu sursatlar geniş çeşiddə 155 mm-lik silah sistemlərindən atıla bilir və uzaqmənzilli imkanları ilə yüksək effektivlik təmin edir.




