
Ukrayna BMP-ləri əvəzləyəcək yeni PDM yaradıb
Ukraynanın “ Xarkov Maşınqayırma Konstruktor Bürosu” yeni BMP-U piyadanın döyüş maşınını (PDM) yaradıb.
“Poliqon” xəbər verir ki, dövlət müəssisəsi tərəfindən yaradılan BMP-U SSRİ istehsalı BMP-1 və BMP-2 PDM-lərini əvəz edəcək.
Əsas taktiki-texniki xassələri:
- Kütləsi – baza qoruma səviyyəsində – 25 ton; əlavə qoruma səviyyəsində – 30 ton
- Mühərrikin növü – dizel
- Mühərrikin gücü – 734 at gücü
- Maksimal hərəkət sürəti – 70 km/saat
- Yanacaq üzrə gediş ehtiyatı – 600 km
- Suda üzmə imkanı – üzür
- Heyəti – 3 nəfər
- Desant – 8 nəfər
Qabarit ölçüləri:
- uzunluğu – 7580 mm
- bort ekranları üzrə eni – 3350 mm
- hündürlüyü – 2910 mm
Silahlanması:
- döyüş modulu – BM-8
- əsas silahı – 30 mm-lik avtomatik top
- əlavə silahları – 30 mm-lik avtomatik qumbaraatan; “Baryer” TƏİR kompleksi
- Köməkçi silahı – 7,62 mm-lik qoşalaşdırılmış pulemyot
Döyüş sursatlarını döyüş dəsti:
- 30 mm-lik avtomatik top üçün – 300 ədəd atəş yığımı
- 30 mm-lik avtomatik qumbaraatan üçün – 29 ədəd atəş yığımı
- 7,62 mm-lik pulemyot üçün – 500 ədəd patron
- TƏİR kompleksi üçün – 4 ədəd raket
Əhəd Əzizov
CATEGORIES Xəbərlər