Ukrayna “Dana M2” özüyeriyən haubitsaları alır

Ukrayna “Dana M2” özüyeriyən haubitsaları alır

Ukrayna Çexiyadan təkmilləşdirilmiş “Dana M2” özüyeriyən haubitsaları alır.

“Poliqon” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Çexiyanın “Excalibur Army” şirkəti ilə 26 ədəd “Dana M2” özüyeriyən haubitsanın tədarükünə dair müqavilə imzalayıb.

Dəyəri 40 milyon ABŞ dollarından çox olan müqavilə çərçivəsində Ukrayna Çexiya Ordusunun silahlanmasından çıxarıldıqdan sonra təkmilləşdirilmiş “Dana M2” haubitsaları alacaq.

CATEGORIES
TAGS