Ukrayna “Diehl Defence” şirkəti ilə ilk IRIS-T SL ZRK alınması barədə müqavilə imzalayıb

Ukrayna “Diehl Defence” şirkəti ilə ilk IRIS-T SL ZRK alınması barədə müqavilə imzalayıb

Ukrayna Almaniyanın “Diehl Defence” şirkəti ilə IRIS-T SL zenit-raket kompleksinin (ZRK) alınması barədə müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Ukrinform”a müsahibəsində Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik bildirib. Onun sözlərinə görə, sövdələşmənin dəyəri 178 milyon avro təşkil edir və alış üçün maliyyə vəsaitini Almaniya hökuməti ayıracaq.

Ukraynalı diplomat bu tipli daha 10 ədəd ZRK almaq niyyətində olduğunu açıqlayıb: “Dünyanın ən keyfiyyətli sistemlərindən biri hesab edilən və yaxın illərdə Ukrayna üzərində təhlükəsiz səmanı təmin edə biləcək növbəti 10 ədəd stasionar IRIS-T hava hücumundan müdafiə sisteminin alınmasında Berlinin dəstəyini səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, ZRK-ın əsasını eyniadlı “hava-hava” sinif raketi əsasında yaradılmış infraqırmızı tuşlamalı IRIS-T raketi (Infra Red Imaging System Tail) təşkil edir. Buraxma qurğuları təkərli (MAN 8×8) və ya tırtıllı (iki bölməli yüksək keçidlikli nəqliyyat vasitəsi BvS10) şassiyə malik ola və 4 istiqamətləndirici və ya raketləri olan 8 konteynerdən ibarət ola bilər.

Kompleksin orta və kiçik radius mənzilli modifikasiyaları mövcuddur. “Orta” IRIS-T SLM versiyası 40 km-ə qədər, “qısa” IRIS-T SLS versiyası isə 25 km-ə qədər məsafədə hədəfləri vurmağa imkan verir.

Kompleksin əsas sensoru Avstraliya istehsalı aktiv fazalı şəbəkəli antenası olan 3D-radarlı CEAFAR GMMMR radiolokasiya stansiyasıdır (RLS). Həmçinin Almaniyanın TRML-4D (“Hensoldt”) radarı da istifadə edilə bilər ki, bu da 250 km-ə qədər məsafədə hədəfləri aşkar etməyə imkan verir.

Xatırladaq ki, kompleks 2014-cü ildə yaradılıb və 2019-cu ildən yeganə sistem operatoru İsveçdir. Almaniya hökuməti Misirə 23 ədəd ZRK ixracına icazə verib.

CEAFAR radiolokasiya stansiyasi

CEAFAR radiolokasiya stansiyası

CEAFAR radiolokasiya

TRML-4D radiolokasiya stansiyası

IRIS T SLS ZRK təkərli sassidə

IRIS-T SLS ZRK təkərli şassidə

IRIS T SLS ZRK tərkibi

IRIS-T SLS ZRK tərkibi

IRIS T SLS ZRK tirtilli sassidə

IRIS-T SLS ZRK tırtıllı şassidə

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS