Ukrayna hərbi aviasiya parkını gücləndirəcək
Ukrayna Hərbi Hava Qüvvələrinin Hərbi Şurası Vision 2035 Proqramı çərçivəsində yeni döyüş təyyarələrin alınmasına qərar verib.
“AzeriDefence”nin Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bununla bağlı Ukrayna tender elan edəcək.
Hazırda Ukrayna Ordusunun aviasiya parkında MiG-29, Su-27, Su-24M, Su-25 və Su-24MR təyyarələri var. Lakin, Ukrayna Hərbi Hava Qüvvələrini vahid döyüş təyyarəsi ilə təchiz etməyi hədəfləyir. HHQ-nin ehtiyacının qarşılanması üçün 72-108 ədəd təyyarənin alınması planlaşdırılır.
Tədarüklə bağlı sazişin 2021-2022-ci illərdə imzalanması və ilk növbədə təcili ehtiyaca uyğun olaraq 6-12 ədəd təyyarənin alınması nəzərdə tutulub. 2023-cü ildə başlayacaq son tədarükün 2025-ci ildə tamamlanması planlaşdırılır. Proqramın ümumi dəyərinin 7,5 milyard ABŞ dolları olacağı gözlənilir.
Bundan əlavə, Ukrayna hərbi nəqliyyat helikopterləri və çoxməqsədli helikopterlərini, o cümlədən təlim təyyarələrini yeniləmək istəyir. Bu proqramım ümumi dəyəri 4.5 milyard ABŞ dolları təşkil edəcək.