
Ukrayna HDQ “Bayraktar TB2” PUA-ları alıb
Ukrayna Hərbi Dəniz Qüvvələri Türkiyənin “Baykar” şirkətindən “Bayraktar TB2” pilotsuz uçuş aparatları (PUA) alıb.
“Poliqon” “Defence-ua”ya istinadən xəbər verir ki, Hərbi Dəniz Qüvvələrinin (HDQ) inventarına qəbul edilən “Bayraktar TB2” kompleksləri Ukraynanın cənub sərhədlərini qorumaq imkanlarını gücləndirəcək.
Azov və Qara dəniz əməliyyat zonalarında istifadə ediləcək “Bayraktar TB2” “Neptun” gəmi əleyhinə raket kompleksləri ilə koordinasiyalı fəaliyyət göstərəcək.
“Bayraktar TB2” PUA-ları Ukrayna HDQ-nin 10-cu dəniz aviasiya briqadasına mobil idarəetmə terminalı və ehtiyat hissələri ilə birlikdə istifadəyə veriləcək. PUA-nın idarəetmə stansiyaları yalnız quruda və ya şassi üzərində deyil, həm də gəmilərdə yerləşdirilə bilər.
Rizvan Fikrətoğlu