
Ukrayna HDQ “Neptun” raket kompleksini təhvil alıb
Ukraynanın “Ukroboronporm” Dövlət Konserninin “Luç” Dövlət Kiyev Dizayn Bürosu RK-360MC “Neptun” sahil mühafizə raket kompleksinin ilk partiyasını Ukrayna Hərbi Dəniz Qüvvələrinə təhvil verib.
“Poliqon” xəbər verir ki, bu barədə “Ukroboronprom” məlumat yayıb.
“Neptun” raket kompleksinə universal özüyeriyən atıcı, raketlərin daşınması üçün nəqliyyat vasitəsi, yükləmə maşını, komanda və personal modulu daxildir.
Çəkisi 800 kq, qanad açıqlığı 1.33 metr, uzunluğu 5.05 metr təşkil edən “Neptun” TRDD MC-400 mühərriki ilə təchiz olunub və sürəti 0.8-0.85 Mach təşkil edir. Raket yüksək partlayış gücünə malik 150 kq ağırlığında döyüş başlığına sahibdir.
CATEGORIES Xəbərlər