Ukrayna hərbçiləri Rusiyanın Mi-35M helikopterini vurub
Ukrayna hərbçiləri ölkənin cənubunda Xerson vilayətində Rusiya Ordusna məxsus Mi-35M hücum helikopterini vurublar.
“Poliqon” xəbər verir ki, bu barədə “Defence-blog” nəşri məlumat yayıb.
Hücum və hərbi nəqliyyat missiyaları üçün istifadə olunan Mi-35M helikopterləri gücləndirilmiş uçuş imkanları ilə yüksək temperaturda və dağlıq ərazidə ximət göstərmək qabliyyətinə sahibdir.
Yüksək uçuş-texniki xüsusiyyətlərə malik Mi-35M müxtəlif meteoroloji şərtlərlərdə effektiv tətbiq edilə bilər. Helikopter əsasən tank və zirehli texnikaların məhv edilməsi üçün nəzərdə tutulub. Əsas döyüş təyinatından başqa Mi-35M helikopterləri şəxsi heyətin və yüklərin daşınması, yaralıların təxliyyəsi üçün istifadə olunur. Bundan başqa helikopterdən müxtəlif yüklərin daşınması üçün də istifadə oluna bilər.
Rizvan Fikrətoğlu