Ukrayna HHQ-ə məxsus döyüş təyyarələrinin mühərrikləri təmir edilir

Ukrayna HHQ-ə məxsus döyüş təyyarələrinin mühərrikləri təmir edilir

“Lutsk Mühərrik Təmir Zavodu” dövlət müəssisəsi Ukrayna Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarələrinin mühərriklərinin əsaslı təmirinə başlayıb.

“Poliqon” “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüləcək işlərin ümumi dəyəri 55,6 milyon UAH (2 milyon ABŞ dollarından bir az çox) təşkil edir.

Sifarişçi ilə müqaviləyə uyğun olaraq müəssisə MiG-29 qırıcıları üçün RD-33 təyyarə mühərriklərini, AL-31F mühərriklərini və Su-27 üçün KRD-99B aqreqatını əsaslı təmir edəcək.

Poliqon.az

CATEGORIES
TAGS