Ukrayna-İngilis hərbi təlimləri “Kazak Bulava – 2021” başlayıb

Ukrayna-İngilis hərbi təlimləri “Kazak Bulava – 2021” başlayıb

Hərbi hissələr və alt birliklər üçün xidmətlərarası təlim mərkəzinin bazasında “Kazak Bulava – 2021” beynəlxalq Ukrayna-İngilis hərbi təlimləri başlayıb.

Bu barədə “Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Hərbi təlimlərdə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının nümayəndələri, Vostok əməliyyat komandanlığı, Şotlandiya Kral Alayının 4-cü batalyon komandiri, UNIFIER əməliyyat komandiri və başqaları iştirak edirlər.

Təlimdə iştirak edən ölkələr Ukrayna, Böyük Britaniya, Kanada, ABŞ və İsveç Krallığıdır. Beş tərəfdaş ölkədən təxminən 2000 hərbi qulluqçu və 300-dən çox hərbi texnika cəlb ediləcək.

Qeyd edək ki, Ukrayna-İngilis hərbi təlimləri “Kazak Bulava – 2021” 12-24 iyul tarixlərini əhatə edəcək.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS