Ukrayna IRIS-T ZRK-lər üçün əlavə raketlərlə silahlandırılacaq
Ukrayna Almaniyadan 500 milyon avro həcmində hərbi yardım alacaq.
“Poliqon” xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Odessada Ukraynanın müdafiə naziri Rustem Umerovla görüşü zamanı bildirib.
Boris Pistorius vurğulayıb ki, Almaniya Ukraynanı dəstəkləmək üzrə öhdəliklərinə sadiq qalır.
Qeyd olunub ki, 500 milyon avroluq hərbi yardıma IRIS-T hava hücumundan müdafiə sistemləri üçün raketlər, artilleriya sistemləri, “Leopard” tanklarının ehtiyat hissələri, o cümlədən mühərriklər, pilotsuz sistemlər və snayper tüfəngləri daxildir.