HavaXəbərlər

Ukrayna İsveçin “Gripen” qırıcılarını əldə etməyə hazırlaşır

Kiyev və Stokholm Ukraynanın İsveç istehsalı olan “Gripen” qırıcılarını əldə etməsi istiqamətində addımlar atır.

“Poliqon”un məlumatına görə, bununla bağlı İsveçin Baş naziri Ulf Kristersson və Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama veriblər.

Belə ki, Ukrayna ilkin mərhələdə 20-yə qədər “Gripen” E/F qırıcısı əldə etməyi planlaşdırır, İsveç isə Ukraynaya 16-ya qədər “Gripen” C/D qırıcısı bağışlamaq niyyətindədir.

Növbəti mərhələdə rəsmi Kiyev və Stokholm Ukraynanın “Gripen” E/F qırıcılarını mərhələli şəkildə əldə etməsi ilə bağlı danışıqları yekunlaşdırmalıdır. Bu prosesdə İsveçin “Saab” şirkəti dəstək göstərəcək.

İsveç hökuməti həmçinin Ukraynaya veriləcək “Gripen” təyyarələrinin əvəzlənməsi üçün maliyyə vəsaitinin ayrıldığını elan edib.

Back to top button