
Ukrayna Kameruna “Bariyer-V” TƏİR kompleksləri ixrac edib
Ukrayna Kameruna aviasiya vasitələri üçün PK-2B “Bariyer-V” tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksləri ixrac edib.
Azeri Defence saytının xarici mediaya istinadən verdiyi məlumata görə, Ukraynanın “Ukrspetsexport” Dövlət Şirkəti tərəfindən PK-2B “Bariyer-V” TƏİR kompleksləri Kamerun Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə çatdırılıb.
Tədarük olunan 38 ədəd K-2B “Bariyer-V” TƏİR kompleksi Kamerun HHQ-nin silahlanmasında yer alan hərbi helikopterlərə inteqrasiya olunacaq.
CATEGORIES Xəbərlər