Ukrayna L119 haubitsalarını təmir və istehsal edəcək

Ukrayna L119 haubitsalarını təmir və istehsal edəcək

Ukrayna yedəyə alınan 105 mm-lik L119 haubitsalarını təmir və istehsal edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov özünün “X” hesabında (Twitter) paylaşım edib.

O bildirib ki, bununla bağlı Ukraynanın Müdafiə Nazirliyi və Böyük Britaniyanın “BAE Systems” şirkəti arasında saziş imzalanıb.

“Bu, haubitsaların təmir və texniki qulluğunun aparılması ilə yanaşı, həm də Ukrayna Ordusunun NATO tipli və standart toplarla yenidən silahlandırılmasını sürətləndirəcək. “BAE Systems”in məhsulları bu müharibədə özünü mükəmməl şəkildə sübut etdi. Nə qədər çox silahımız olsa, bir o qədər tez qələbə və ədalətli sülh gələcək. Müqavilə artıq qüvvədədir”, – deyə Aleksey Reznikov qeyd edib.

CATEGORIES
TAGS