
Ukrayna Müdafiə Nazirliyi yanvar ayından etibarən 50 yeni yerüstü robot sistemini təsdiqləyib və Silahlı Qüvvələrdə istifadəsinə icazə verib.
Bu barədə “Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Bildirilib ki, bu robotlar cəbhənin ən təhlükəli bölgələrində logistika və yaralıların təxliyəsi əməliyyatlarını yerinə yetirirərək, əsgərlərin birbaşa “öldürücü zona”ya daxil olmasının qarşısını alır.
Qeyd olunub ki, 2026-cı il ərzində yerüstü robotlar tərəfindən 50 mindən çox missiya həyata keçirilib.




