Ukrayna mərminin vakuum doldurulması texnologiyasına yiyələnib
Ukraynanın yerli istehsalı olan 155 mm-lik mərmilərin məhvetmə təsiri artırılıb. “Ukroboronprom” Dövlət Konserninin tərkibinə daxil olan “Spetsoboronmaş” Dövlət Müəssisəsinin 1 saylı filialında 155 mm-lik top mərmilərinin vakuum doldurulması ilə təchiz edilməsi texnologiyası uğurla mənimsənilib.
Bu barədə “Poliqon”a “Ukroboronprom” Dövlət Konserinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bu metodun partlayıcı maddələrin maksimal sıxlığına nail olmasına imkan verdiyinə görə mərmilərin təsirinin əhəmiyyətli dərəcədə artırıldığı da qeyd olunur. Əvvəllər vakuum doldurulması yalnız Konsernin bir müəssisəsində – hazırda Ukrayna tərəfindən nəzarəti olunmayan ərazidə yerləşən “Donetsk Dövlət Kimya Zavodu”nda istifadə edilmişdir.
Texnologiyanın “Ukroboronprom” Dövlət Konserninin başqa bir müəssisəsi tərəfindən mənimsənilməsi nəticəsində artilleriya sursatlarının seriyalı istehsalı üçün istifadə edilməsi mümkün olub.
Artıq yeni məhsulların ilk partiyası uğurla təchiz edilmiş və sınaqlara göndərilmişdir. Məlumatda deyilir ki, texnologiyanın daha da təkmilləşdirilməsi, digər sursat növlərinin döyüş hissələrinin istifadəsinin səmərəliliyini artıraraq mümkün qədər yüksək keyfiyyətlə təchiz etməyə imkan verəcəkdir.
Xatırladaq ki, cari ilin mart ayının əvvəllərində “Artyom” Dövlət Səhmdar Holdinq Şirkətinin 155 mm-lik sursat istehsalına hazırlaşdığı məlum olub. Hazırda şirkət bu ilin iyun ayında sınaqlara başlamalı olan ilkin partiyanı istehsal edir.
155 mm-lik atəş yığımının yaradılması üzrə tədqiqat və inkişaf işləri Ukrayna Müdafiə Nazirliyinin maraqları çərçivəsində həyata keçirilir.
Əhəd Əzizov