Ukrayna MiG-29 əsas döyüş təyyarələrini modernləşdirir
“Ukroboronprom” Dövlət Konserninə daxil olan Lvov aviasiya təmiri zavodu tərəfindən Ukrayna Silahlı Qüvvələri HHQ-nin MiG-29 əsas döyüş təyyarələri əsaslı təmir və modernizasiya edilir.
Bu barədə “AzeriDefence”ə “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətindən məlumat verilib.
Əsaslı təmir edilən ilk MiG-29 döyüş təyyarəsi Ukrayna Müdafiə Nazirliyinə təhvil verilib.
Lvov aviasiya təmiri zavodunun rəhbəri Dmitri Matruçikin sözlərinə görə, dövlət müdafiə sifarişinin icrası çərçivəsində zavodun mütəxəssisləri təyyarənin ehtiyat göstəricilərini bərpa ediblər. Planlaşdırılan işlər müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq yerinə yetirilib.
“Modernizasiya nəticəsində MiG-29 döyüş təyyarəsinin istismar müddətinin 8 ildən 12 ilədək uzadılması mümkündür. Təyyarə əsaslı təmir edilmiş mühərriklər və ən yeni avionika ilə təchiz edilib”, – deyə Lvov aviasiya təmiri zavodunun rəhbəri bildirib.