Ukrayna MiQ-29 qırıcılarının təkmilləşdirilməsini davam etdirir

Ukrayna MiQ-29 qırıcılarının təkmilləşdirilməsini davam etdirir

“Lviv” aviasiya təmiri zavodu Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarələrinin təmir və modernizasiya işlərini davam etdirir.

Bu barədə “Poliqon” Ukraynanın “Ukroboronprom” Dövlət Konserninin mərbuat xidmətinə istinadən məlumat verib.

Məlumata əsasən, təmir və modernizasiya olunan MiQ-29MU1 qırıcısı keçirilən uçuş sınaqlarının ardından Ukrayna HHQ-ə təhvil verilib.

Təkmilləşdirmə nəticəsində döyüş təyyarəsinin xidmət ömrü uzadılıb, mühərrikləri əsaslı təmir olunub və yeni aviyoniklər ilə təchiz edilib.

Təkmilləşdirmə nəticəsində yeni avionikalar ilə təchiz edilən və mühərrikləri əsaslı təmir olunan döyüş təyyarəsinin xidmət ömrü uzadılıb.

Poliqon.az

CATEGORIES
TAGS