Ukrayna Müdafiə Nazirliyi istismarına icazə verdiyi yeni silah-texnikanın sayını açıqlayıb

Ukrayna Müdafiə Nazirliyi istismarına icazə verdiyi yeni silah-texnikanın sayını açıqlayıb

2025-ci ilin birinci rübündə Ukrayna Müdafiə Nazirliyi 350-dən çox yeni silah və hərbi texnikanı kodlaşdıraraq Müdafiə Qüvvələrində istismar edilmələrinə icazə verib.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sözügedən silah və hərbi texnikanın 87 faizi yerli istehsaldır.

Bu müddət ərzində kodlaşdırmadan keçən hərbi texnika nümunələri arasında pilotsuz uçuş aparatları, onlar üçün döyüş sursatları, elektron müharibə sistemləri, nəqliyyat vasitləri, mühəndis avadanlıqları və yerüstü robotlar üstünlük təşkil edir.

Müqayisə üçün qeyd edilib ki, ötən ilin eyni dövründə Ukrayna Müdafiə Nazirliyi tərəfindən 100-dən çox hərbi texnika nümunəsi kodlaşdırılıb. Onların isə yarısından az hissəsi Ukrayna istehsalı olub.

CATEGORIES