
Ukrayna Müdafiə Qüvvələri üçün böyük həcmdə uzaqmənzilli artilleriya sursatının satınalma prosesinə başlanılır.
Bu barədə “Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Bildirilib ki, uzaqmənzilli 155 mm-lik artilleriya mərmiləri cəbhənin əsas tələblərindən biri olaraq qalır. Məhz buna görə Ukrayna Müdafiə Nazirliyinin tapşırığı əsasında Müdafiə Satınalmaları Agentliyi (DOT) artırılmış mənzilə malik 155 mm-lik artilleriya mərmilərinin alınması üçün yeni rəqabətli tender elan edir.
Qeyd olunub ki, müəyyən edilmiş tələblərə cavab verən məhsula malik bütün istehsalçılar və təchizatçılar tenderdə iştirak edə bilərlər.




