Ukrayna NLAW raketlərinin növbəti partiyasını əldə edib

Ukrayna NLAW raketlərinin növbəti partiyasını əldə edib

Böyük Britaniya Ukraynaya əlavə 3615 ədəd NLAW tank əleyhinə idarə olunan raket (TƏİR) tədarük edib.

“Poliqon”un məlumatına görə, Britaniyanın müdafiə naziri Ben Uollas bildirib ki, Britaniya Rusiyanın hücumuna qarşı özünü müdafiə etmək üçün Ukraynaya silah tədarükünü daha da artıracaq.

Ben Uollas qeyd edib ki, Ukraynaya tezliklə “Javelin” TƏİR-lərin kiçik partiyası da göndəriləcək.

Onun sözlərinə görə, Ukraynaya NLAW tank əleyhinə idarə olunan raketlərlə yanaşı yüngül atıcı silahlar, zirehli gödəkcə və tibbi ləvazimatlar da çatdırılıb.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsindən əvvəl Britaniya Ukraynaya 2000 ədəd NLAW TƏİR göndərib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS