Ukrayna ölkə xaricində 125 mm-lik mərmilərin istehsalına başlayıb

Ukrayna ölkə xaricində 125 mm-lik mərmilərin istehsalına başlayıb

Ukrayna ölkə xaricində 125 mm-lik tank mərmilərinin istehsalına başlayıb.

“Poliqon” xəbər verir ki, bununla bağlı Ukraynanın “Ukroboronprom” Dövlət Konserni məlumat yayıb.

Məlumatda təhlükəsizlik səbəbindən 125 mm-lik mərmilərin istehsalının razılaşma əsasında adı açıqlanmayan NATO ölkəsində həyata keçirildiyi bildirilib. Buna baxmayaraq konsernin konstruktorları, mütəxəssisləri və digər işçiləri də mərminin dizayn və istehsal prosesində yaxın iştirak edir.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin sifarişi çərçivəsində istehsal olunan mərmilərin artıq ilk partiyası ölkənin Silahlı Qüvvələrinə çatdırılıb. Həmin mərmilər Ukrayna Ordusunun silahlanmasındakı T-64, T-72 və T-80 tankları tərəfindən istifadə ediləcək.

Hazırda Ukrayna müdafiə sənayesi tərəfindən 125 mm-lik tank, 82 və 120 mm-lik minaatan, eləcə də 122 və 152 mm-lik artilleriya mərmiləri istehsal olunur.

125mm e1678800377735

Poliqon.az

CATEGORIES
TAGS