Ukrayna Ordusu 50 ədəd BRDM-2L1 zirehli maşını əldə edib

Ukrayna Ordusu 50 ədəd BRDM-2L1 zirehli maşını əldə edib

Ukrayna Silahlı Qüvvələrinin texnika parkında yer alan BRDM-2 zirehli kəşfiyyat-mühafizə maşınları “Ukroboronprom” Dövlət Konserninin “Mykolayiv zirehli tank zavodu”nda əsaslı təmir və modernizasiya edilib.

Bu barədə Azeri Defence saytına “Ukroboronprom” Dövlət Konsernindən məlumat verilib. Modernləşdirilmiş BRDM-2 zirehli kəşfiyyat-mühafizə maşınları BRDM-2L1 səviyyəsinə yüksəldilib.

Modernizasiya nəticəsində BRDM-2 baza maşınının taktiki və texniki xüsusiyyətləri yaxşılaşdırılıb. Xüsusilə gücləndirilmiş zirehli yan lyuklar, eləcə də quraşdırılmış termal kameraları və NATO standartlarına cavab verən müasir rabitə və naviqasiya vasitələri sayəsində zirehli maşının erqonomikası dəyişdirilib.

Dövlət müdafiə sifarişi əsasında modernləşdirilmiş 50 ədəd BRDM-2L1 zirehli maşınları Ukraynanın Müdafiə Nazirliyinə təhvil verilib.

 

CATEGORIES
TAGS