Ukrayna Ordusu “Kozak-2M1” zirehli maşınları silahlanmaya qəbul edib

Ukrayna Ordusu “Kozak-2M1” zirehli maşınları silahlanmaya qəbul edib

Ukrayna Silahlı Qüvvələri “Praktika” şirkətinin istehsalı olan “Kozak-2M1” zirehli maşınları silahlanmaya qəbul edib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Kozak-2M1” MRAP 2018-ci ilin oktyabrından 2019-cu ilin dekabrına qədər davam edən sınaqları uğurla tamamlayıb.

Ümumi çəkisi 14 ton olan “Kozak-2M1” 280 at gücündə 5.9 litrlik İVECO dizel mühərriki ilə təchiz edilib. Maşının transmissiyası 6 pilləli mexanikidir. “Kozak-2M1”in əsas silahı 12.7 mm iri çaplı pulemyotdur. 4х4 təkər formulu transportyor 8 nəfəri daşıya bilir.

“Iveco Eurocargo” şassisi üzərində istehsal edilən “Kozak-2M1”in ballistik müdafiəsi STANAG level 2, mina partlayışından müdafiəsi isə STANAG level 3a səviyyəsindədir.

 

 

CATEGORIES
TAGS