Ukrayna ordusunun itkiləri açıqlanıb
Rusiya Silahlı Qüvvələri fevralın 24-dən bu günədək ümumilikdə Ukraynanın 1502 hərbi obyektini vurub.
Bu barədə “Poliqon” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, Ukraynanın 51 komanda məntəqəsi, 38 S-300, “BuK M-1” və “Osa” zenit-raket kompleksi (ZRK), 51 radar stansiyası, 47 döyüş təyyarəsi, 11 helikopteri, 46 pilotsuz uçuş aparatı, 472 tank və digər zirehli döyüş maşınları, 62 reaktiv yaylım atəşi sistemi, 336 xüsusi təyinatlı hərbi texnikası, 206 artilleriya qurğusu və minaatanı məhv edilib.
Rusiya Müdafiə Nazirliyi bundan əvvəl Rusiya sılahlı qüvvələrinin Ukraynanın 17 hərbi aerodromu, 2 “Toçka-U” operativ-taktiki raket sistemi, eləcə də 8 döyüş katerinin zərərsizləşdirməyi barədə də məlumat yayıb.