Xəbərlər

Ukrayna piroksilin barıt istehsalını bərpa edir

Ukraynanın Şostka dövlət “Zirka” (Ulduz) zavodunda piroksilin barıt istehsalının bərpa olunması təklif edilib.

“Poliqon” “Shostka.info” portalına istinadən xəbər verir ki, Şostka şəhər şurası Şostka dövlət “Zirka” zavodu əsasında yeni dövlət müəssisəsi olan “Zirka” Barıt Zavodu yaratmağı təklif edib.

Eyni zamanda iflas mərhələsində olan köhnə müəssisə, əmək haqqı borcları tam ödənilənə qədər iflas edəcək.

“Ukroboronprom” Dövlət Korporasiyası və Ukrayna Strateji Sənayeler Nazirliyi müəssisədə piroksilin barıtının istehsalı üçün aşağı tonnajlı xəttin yaradılmasına dəstək veriblər. Texnoloji xəttin yaradılmasına bu il başlamaq və ilin sonuna qədər 20 ton barıt istehsal etmək planlaşdırılır.

Əhəd Əzizov

Poliqon.az

Back to top button