Ukrayna Prezidenti göstərilən yardımlara görə İlham Əliyevə təşəkkür edib

Ukrayna Prezidenti göstərilən yardımlara görə İlham Əliyevə təşəkkür edib

Ukraynaya Prezidenti Volodimir Zelenski atəşkəsin əldə edilməsi, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə, Ukrayna əhalisinə dərman preparatları və tibbi avadanlıqların göndərilməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

“Poliqon” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev rəsmi “Tvitter” hesabında məlumat paylaşıb.

Ümumi dəyəri 5 milyon avrodan çox olan dərman və tibbi ləvazimatlarla yüklənmiş təyyarə Azərbaycandan havaya qalxıb. Yük Polşanın Rzeşov şəhərinə, oradan isə quru yolu ilə Ukraynaya çatdırılacaq.

Qeyd edək ki, bu barədə Volodimir Zelenski də rəsmi “Tvitter” hesabında paylaşım edib. O, həmçinin, bildirib ki, Prezident İlham Əliyev Ukraynaya neft məhsulları da göndərəcək. Bununla yanaşı Ukraynadakı “SOCAR Energy Ukraine” şirkətinin yanacaqdoldurma məntəqələri 7/24 işləyəcək, təcili tibbi yardım və yanğınsöndürmə maşınlarını pulsuz yanacaqla təmin edəcək.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS