Ukrayna-Rusiya arasında danışıqların aparılması razılaşdırılıb
Ukrayna və Rusiya nümayəndə heyətləri Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığında ilkin şərt olmadan görüşmələri razılaşdırılıb.
“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi “Facebook” hesabında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə söhbətinin nəticəsinə dair paylaşımında qeyd edib.
Volodimir Zelenski bildirib ki, Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin səfəri, danışıqlar və geri qayıtması zamanı Belarus ərazisində yerləşən bütün təyyarə, helikopter və raketlərin yerdə qalacağına dair məsuliyyəti öz üzərinə götürüb.
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba məsələ ilə əlaqədar olaraq qeyd edib ki, Ukrayna Rusiya ilə danışıqlar nəticəsində geri çəkilmək və təslim olmaq niyyətində deyil.
Qeyd edək ki, Ukrayna nümayəndə heyətinə Ukrayna Prezident Ofisinin və Xarici İşlər Nazirliyinin nümayəndələri daxildir.
Rizvan Fikrətoğlu