Ukrayna Silahlı Qüvvələri təkmilləşdirilmiş BMP-2 transportyorunun növbəti partiyasını alıb

Ukrayna Silahlı Qüvvələri təkmilləşdirilmiş BMP-2 transportyorunun növbəti partiyasını alıb

Ukraynanın “Jitomir Zirehli Tank Zavodu” dövlət müəssisəsi tərəfindən bu il əsaslı təmir və təkmilləşdirilmiş BMP-2 piyada döyüş maşınının (PDM) növbəti partiyası Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə “Jitomir Zirehli Tank Zavodu”nun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, bu tədarük, dövlət sifarişi əsasında “Jitomir Zirehli Tank Zavodu” tərəfindən cari ildə təkmilləşdirilmiş BMP-2 PDM-lərinin Ukrayna Ordusuna çatdırılmasının dördüncü partiyasıdır.

Xatırladaq ki, ilk 5 ədəd BMP-2 bu ilin mart ayında, ikinci partiya aprel ayında, üçüncü partiya isə may ayının sonlarında Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS