
Ukrayna şirkəti müasir zərbə və kəşfiyyat sistemini təqdim edib
Ukraynanın “UkrspecSystems” şirkəti müasir zərbə və kəşfiyyat sisteminin öz versiyasını təqdim edib.
“Poliqon” “Defense Express” portalına istinadən xəbər verir ki, bunlar kəşfiyyat pilotsuz uçuş aparatı (PUA), kamikadze zərbə PUA-sı və müasir idarəetmə sistemidir.
Bu inkişafa PD-2 kəşfiyyat kompleksi, RAM II yeni kiçik ölçülü kamikadze-dronu və “Terminal” idarəetmə proqram təminatı sistemi daxildir.
Ümumilikdə sistemin kəşfiyyat hissəsi “UkrspecSystems” özəl şirkətinin istehsalı “People’s Drone” (PD-2) çoxməqsədli PUA-dır.
Zərbə dronu “DeViRo” şirkəti ilə ortaq olaraq yaradılan və quruluşunda “Leleka-100” kəşfiyyat PUA-nın müəyyən həllərinə malik olan zərbə PUA-dır. Fəaliyyət məsafəsi 30 km-dir və 2,5/4 kq ağırlığında döyüş başlığına sahibdir.
Sistemin ən vacib hissəsi isə “Terminal” müasir proqram təminatıdır. Bu, sistemin bütün vasitələrini onlayn rejimdə idarə etməyə və Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə olunan mövcud idarəetmə sistemlərinə (məsələn, “Krapiva”) qoşulmağa və “UkrspecSystems” şirkətinin birgə icraçı ola biləcəyi perspektiv sistemlərə (məsələn, “Prostor”) inteqrasiya olunmağa imkan verən kompüter proqramıdır.
Sistem artıq Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin təlimlərində bəzi ilkin sınaqlardan keçirilib. Sistemin tərkibinə daxil olan “People’s Drone” (PD-2) PUA-nın ikinci versiyası artıq dövlət müdafiə sifarişinə daxil edilib.
RAM II zərbə-kəşfiyyat dronu və SBA “Novator” xüsusi zirehli avtomobil
PUA SBA “Novator” xüsusi zirehli avtomobil ilə nəql edilə və idarə oluna bilir
RAM II zərbə-kəşfiyyat dronu
“People’s Drone” (PD-2) PUA
“Leleka-100” PUA
Əhəd Əzizov