Ukrayna Su-24 bombardıman təyyarələrini təmir edir

Ukrayna Su-24 bombardıman təyyarələrini təmir edir

NARP aviasiya təmiri zavodu tərəfindən Ukrayna Silahlı Qüvvələrinin aviasiya parkında yer alan Su-24 bombardımançı təyyarələri təmir edilir.

“Poliqon” “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətinə istinadən xəbər verir ki, NARP aviasiya təmir zavodu tərəfindən təmir edilmiş Su-24 təyyarəsinin sınaqları keçirilib.

Sınaqları uğurla tamamlayan Su-24 təyyarəsi Ukrayna Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Məlumatda o da qeyd olunub ki, hazırda Su-24-lər Ukrayna HHQ-nin əsas bombardımançı təyyarə gücünü təşkil edir.

Poliqon.az

CATEGORIES
TAGS