HavaSənayeXəbərlər

Ukrayna texnologiyaları əsasında Finlandiyada PUA istehsalı müəssisəsi yaradılacaq

Ukraynanın “Airlogix” şirkətinin texnologiyaları əsasında Finlandiyada pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün müəssisə yaradılacaq.

“Poliqon” “Airlogix”ə istinadən xəbər verir ki, Ukrayna şirkəti sözügedən müəssisənin yaradılması üzrə əməkdaşlıq məqsədilə Finlandiyanın “Innokas” şirkəti ilə niyyət protokolu imzalayıb.

Tərəfdaşlıq “Build with Ukraine” təşəbbüsü çərçivəsində həyata keçirilir. Əməkdaşlığın əsas məqsədi Ukrayna PUA-larının Avropada istehsalını genişləndirmək və Ukrayna Silahlı Qüvvələri üçün tədarük həcmini artırmaqdır.

Növbəti mərhələdə Finlandiyada istehsal modelinin hazırlanması və birgə müəssisənin yaradılması planlaşdırılır.

Qeyd olunur ki, Ukraynanın texnologiyaları və döyüş təcrübəsinin Avropanın istehsal imkanları ilə birləşdirilməsi daha çox PUA-nın daha qısa müddətdə Ukrayna hərbçilərinə çatdırılmasına imkan verəcək.

Back to top button