Ukrayna Türkiyəyə radar sistemləri ixrac edib

Ukrayna Türkiyəyə radar sistemləri ixrac edib

Ukrayna Türkiyəyə iki ədəd MARS-L və iki ədəd P-180U radar sistemləri ixrac edib.

Bu barədə “AzeriDefence” “Ukrspetsexport” Dövlət Konsernə istinadən məlumat verib.

“Ukrspetsexport”un açıqladığı hesabata görə, Türkiyəyə ixrac edilən MARS-L və P-180U radarları “NPE Aerotechnics-MLT” şirkətinin istehsalıdır. MARS-L radarı “Ural” və “KrAZ” şassisi, P-180U radarı “Ural” şassisi üzərinə inteqrasiya olunub.

Tədarük işləri 2019-cu ildə Türkiyə-Ukrayna arasında imzalanmış müqavilə çərçivəsində həyata keçirilib. Müqavilənin dəyəri 11.144 milyon ABŞ dolları təşkil edib.

6a8262ed 9890 4b77 b523 d9d8f8e0da03

CATEGORIES
TAGS