Ukrayna və Belçika şirkətləri orta kalibrli sursat istehsalı üzrə əməkdaşlıq edəcək

Ukrayna və Belçika şirkətləri orta kalibrli sursat istehsalı üzrə əməkdaşlıq edəcək

Ukraynanın “Ukrainian Defense Industry” (“Ukroboronprom”) dövlət şirkətinin tərkibinə daxil olan müəssisə ilə Belçikanın “KNDS Belgium” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

“Poliqon” “Ukrainian Defense Industry”ə istinadən xəbər verir ki, sənəddə orta kalibrli mərmilərin birgə komplektləşdirilməsinin təşkili niyyəti əks olunub.

Bildirilib ki, bu sursatlar avtomatik toplardan atəş açmaq və canlı qüvvəni, yüngül zirehli texnikanı, həmçinin aşağı hündürlükdə uçan hava hədəflərini məhv etmək üçün istifadə olunur.

CATEGORIES